Prezident Məhkəmə Kompleksinin açılışında

gundem
21-10-2015, 12:13 1135
Prezident Məhkəmə Kompleksinin açılışında Prezident İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə kompleksin görüntülərini, həmçinin müasir məhkəmə komplekslərinin binalarının layihələrini əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev binadakı məhkəmə zalları ilə tanış olub.
Dövlət başçısı Sabunçu Məhkəmə Kompleksində yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.