Britaniyalı diplomat: “Dağlıq Qarabağ münaqişəsi sabahdan etibarən həll olunmalıdır”

siyaset
21-10-2015, 10:38 1058
Britaniyalı diplomat: “Dağlıq Qarabağ münaqişəsi sabahdan etibarən həll olunmalıdır” “Dağlıq Qarabağda müharibəsi olmasaydı, Cənubi Qafqaz regionunda mənzərə başqa cür olardı”. Bu barədə Britaniya diplomatı Robert Kuper deyib.
O, Qarabağ müharibəsinin əsl faciə olduğunu bildirib: “Bu, SSRİ-nin dağılmasından sonra başlanan birinci müharibədir. Artıq o vaxtdan 27 il keçib. Təsəvvür edin, bu müharibə olmasaydı, region tamamilə başqa cür olardı. 27 il ərzində insan həyatları qurban gedib, resurslar itirilib. Ona görə də sabahdan etibarən münaqişənin sona çatması üçün çalışmalıyıq”.
Kuperin sözlərinə görə, Cənubi Qafqaz ölkələri ilə münasibətlər Böyük Britaniya üçün çox əhəmiyyətlidir: “Bizim Azərbaycanla mühüm münasibətlərimiz var. Bu ölkə Avropaya böyük miqdarda enerji resursları ixrac edir və bu, bizim üçün vacibdir. Gürcüstanla da münasibətlərimiz son vaxtlar enmə və qalxma olaraq davam edir. Bu ölkədə görülən işlərə hörmət edirik və bunun davam edəcəyinə ümid edirik. Ermənistan bizim üçün daha az tanınıb. Lakin bununla belə Avropada çoxlu erməninin yaşaması bu ölkə ilə əlaqələrimizi da vacib edir”.