Bakıda “Beynəlxalq Çay Fesivalı” keçirilib

maraqli
21-10-2015, 10:03 1057
Bakıda “Beynəlxalq Çay Fesivalı” keçirilib Festivalda bir sıra ölkələrin nümayəndəlikləri öz mədəniyyətlərinə xas çay süfrələrini açıblar.
Beynəlxalq Kulnariya Günü münasibətilə bu gün Bakıda çay festivalı təşkil olunub.
Festivalda Çin, Yaponiya, İndoneziya, Tacikistan, Türkiyə və digər bir sıra ölkələrin nümayəndəlikləri öz mədəniyyətlərinə uyğun çay süfrələri açıblar. Gələn qonaqlar süfrəyə dəvət olunub.
Biz normalda çayı stəkanlarda içməyə alışmışıq. Amma taciklər isə çayı piyalədə içirlər. Qalan digər şeylər Azərbaycan mətbəxilə eynilik təşkil edir.
Həmçinin festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra diplomatik nümayəndələr də iştirak ediblər. Onlardan bəziləri mətbəxləri haqqında özünəməxsus məlumat verməyə çalışdılar.
“Biz burada azərbaycanlı dostlarımıza Tacikistanda geniş qeyd olunan çay mərasiminə dəvət etmişik. Bizim belə təntənəli süfrə açılışlarımızda müxtəlif növ şirniyyatlar, quru meyvələr təqdim olunur. Bu tədbirdə bizə imkan verir ki, Tacikistan mədəniyyəti haqqında daha çox danışaq”, - deyə Tacikistan nümayəndəsi Boran Amin bildirib.
“Bilirsiz ki, Çin çayının tarixi çox məşhurdur. Və bu çaylar bütün dünyada tanınırlar. Ona görə də bura gəlmişik ki, öz məşhur yaşıl çaylarımızı və süfrə mədəniyyətimizi sizə nümayiş etdirək”, - deyə Çin nümayəndəsi Tai Sihu qeyd edib.
Festivalda bütün şərq ölkələrinin nümayəndələri öz geyimlərində, libaslarında bizi qonaq edib ləziz yeməklərindən dadmağa dəvət edirik.
Özbəklər isə çayı fərqli şəkildə qonağa təqdim edirlər. Və ən əsası isə odur ki, çayı həmişə yarımçıq süzürlər ki, qonaq az-az içib çox otursun. Bura gələn qonaqlar isə tədbirdən olduqca razı görünürdülər.
Paytaxt sakini Məhəmmədəli Abdullayev festivalın yüksək səviyyədə təşkil edilidiyini deyərək burada daha çox Yaponiyanın çay süfrəsini bəyənib.
Hər halda başqa bir ölkənin ənənələri, təamları və süfrə mədəniyyətilə tanış olmaq özü özlüyündə başqa bir aləmdir.