Dünyada yeganə tərsinə axan şəlalə - Niaqara

maraqli
17-08-2015, 11:49 1127
Dünyada yeganə tərsinə axan şəlalə - Niaqara ABŞ və Kanadanın ortaq sərvəti olan Niaqara şəlaləsi dünyada ən məşhur turistik məkanlardan biridir. Şəlalənin hündürlüyü çox yüksək olmasa da, əsrarəngiz şəkildə dairəyə bənzəyən bir quruluşda olması bura gələnləri valeh edir.
Dünyada yeganə tərsinə axan şəlalə - Niaqara
Niaqara sözünün yerli dildəki "Onguiaahra" (düz) sözündən əmələ gəliyi ehtimal edilir. Niaqara çayı üzərində üç şəlalə yerləşir və Amerika ştatı olan Nyu – Yorku Kanada əyaləti olan Ontariodan ayırır. Niaqara şəlaləsi "Nal" adlanır, ingilis dilində isə "Horseshoe Falls" kimi tərcüm edilir. Bəzi hallarda isə Kanada şəlaləsi adlanır (Canadian Falls). Amerikan şəlaləsi (American Falls) və "Duvaq" şəlaləsi (Bridal Veil Falls) kimi də qeyd edirlər.
Dünyada yeganə tərsinə axan şəlalə - Niaqara
Şəlalənin hündürlüyü 53 metr təşkil edir. Niaqaradan 1 dəqiqə ərzində 336 000 m³ su axır. Şəlalənin ən gözəl xarici görkəmə malik olan ərazisi isə Kanadanın sahillərinə düşür. Niaqaranın bir neçə yüz metrlik aşağı templə axan ərazisində şəlalənin üzərindən "Göy qurşağı körpüsü" salınmışdır. Bu körpü iki dövlət arasında asan avtomobil nəqliyyatı və piyada keçidi üçün nəzərdə tutulmuşdur. Şəlalənin altında su elektrik stansiyası tikilmişdir və hazırda bura 4,4 GVatt gücündə elektrik enerjisi hasil edir.
Dünyada yeganə tərsinə axan şəlalə - Niaqara
Niaqara şəlaləsi dünyada yeganə tərsinə axan şəlalədir. Belə ki, şəlalənin suyu daşlara çırpılaraq geri qayıdır ki, bu da dünyada analoqu olmayan hadisədir