“El Klassiko”nun başlama vaxtı açıqlandı

idman
20-10-2015, 09:59 980
“El Klassiko”nun başlama vaxtı açıqlandı "El Klassiko" adlandırılan bu oyuna Ronaldo - Messi dueli kimi baxanlar da var.
İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçiriləcək "Real" - "Barselona" matçının günü və başlama saatı bəlli olub.
”El Klasiko” noyabrın 21-də baş tutacaq.
Bu barədə İspaniya Futbol Federasiyası xəbər yayıb. "Santyaqo Bernabeu"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:15-də start götürəcək. Hər iki komandanın sosial şəbəkələrində, eləcə də klubun rəsmi saytında qarşılaşmanın hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat da yerləşdirilib. Bu iki komanda arasındakı matç hər zaman dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olur və İspaniyada sanki bir futbol bayramı kimi qarşılanır. Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi "Real"ın "Kral klubu", "Barselona"nın isə krala boyun əyməyən katalonların komandası olmasıdır. Əslində "El Klassiko" adlandırılan bu oyuna Ronaldo - Messi dueli kimi baxanlar da var.
"Santyaqo Bernabeu"
Ötən mövsüm "kral klubu"nun meydanında baş tutan qarşılaşmanı 3:1 hesabı ilə madridlilər qazanıb. "Nou Kamp"da keçirilən oyun isə kataloniyalıların xeyrinə başa çatmışdı - 2:1.