“Qəbələ”nin rəqibinin erməni futbolçusu Bakıya gəlməyəcək

idman
19-10-2015, 12:19 996
“Qəbələ”nin rəqibinin erməni futbolçusu Bakıya gəlməyəcək Avropa Liqasında Azərbaycanın “Qəbələ” futbol klubu ilə bir qrupda yer alan Almaniyanın “Borrusiya” Dortmund klubunun baş direktoru Hans Yoahim-Vatske heyətlərindəki erməni mənşəli futbolçu Henrix Mxitaryanla bağlı açıqlama verib. Klub rəsmisi 2011-ci ildə Dağlıq Qarabağa qanunsuz ziyarət edərək Azərbaycan qanunvericilyini pozan Mxitaryanın böyük ehtimalla cümə axşamı Bakıda baş tutacaq matçda iştirak etməyəcəyini deyib:
“Mxitaryan çox güman ki, Bakıya gəlməyəcək. Təhlükəsizlik məsələri var. Əgər oyunçumuz özünü komfortlu hiss etmirsə və qorxursa, biz bunu nəzərə almalıyıq”.
“Qəbələ”- “Borrusiya” matçı oktyabrın 22-də saat 20:00-da baş tutacaq.