Milli parkda yanğın: 2 helikopter havaland

hadise
17-08-2015, 11:28 829
Milli parkda yanğın: 2 helikopter havaland İsmayıllıda Şahdağ Milli parkda yanğın baş verir.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olublar.