Ağcabədidə traktorun vurduğu qadın öldü

hadise
15-10-2015, 10:27 934
Ağcabədidə traktorun vurduğu qadın öldüXəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb
Ağcabədidə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qarabağ bürosunun verdiyi məlumata görə, traktor 55 yaşlı qadını vurub.
Xəsarət alan rayonun Ü. Hacıbəyov küçəsi 222 ünvanında qeydiyyatda olan Lyudmiliya Məmmədova hadisə şahidlərinin köməyi ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Traktoru idarə edən Vasif adlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.