Rusiya və ABŞ təyyarələri yaxınlaşıb

dunya
15-10-2015, 10:25 931
Rusiya və ABŞ təyyarələri yaxınlaşıb Pentaqon, pilotların peşəkarcasına davrandıqlarını qeyd edərək insident yaşanmadığını bildirib.
Rusiyanın Su-30 qırıcı təyyarəsi Suriya üzərində ABŞ təyyarəsinə onu qorxutmaq üçün yox, müəyyən eləmək üçün yaxınlaşıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi İgor Konaşenkov xəbər verib.
Onun sözlərinə görə, hadisə oktyabrın 10-da Rusiya təyyarələri Su-30 təyyarəsinin müşaiyəti ilə Hələb üzərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirərkən baş verib. Bundan əvvəl Pentaqon rəsmiləri Rusiya və ABŞ təyyarələrinin Suriya üzərində bir neçə kilometrlik yaxınlaşması barədə məlumat yaymışdı. Pentaqon, pilotların peşəkarcasına davrandıqlarını qeyd edərək insident yaşanmadığını bildirmişdi.
Rusiyanın Su-30 qırıcı təyyarəsi
Rəsmi Pentaqon da ABŞ-la Rusiya hərbi aviasiyasının Suriya hava sahəsində gərginliyə səbəb olacaq uçuşlar həyata keçirməmək üçün danışıqlara başladıqlarını açıqlayıb. ABŞ mətbuatı bu bəyanatı Rusiyanın uçuşa yasaq bölgəsinin ABŞ tərəfindən qəbul olunması kimi şərh edib. ABŞ və Rusiya həmin ərazilərdə paralel əməliyyatlar keçirirlər. Rusiya avqustun 30-dan Suriyada hava zərbələrinə başlayıb.Rusiya Suriya müharibəsində prezident Bəşər Əsəd rejiminin, ABŞ və onun müttəfiqləri isə Əsədə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.
İgor Konaşenkov
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb. Əməliyyat öncəsində bunun İŞİD-ə qarşı mübarizə olduğu bildirilsə də daha sonra rus qırıcılarının Əsəd rejiminə qarşı olan dinc əhalini bombardıman etdiyi iddia olunmuşdu.
Suriya ərazisində gərgin zonalar xəritədə