Putin Medvedevi mükafatlandırdı

dunya
15-10-2015, 10:23 940
Putin Medvedevi mükafatlandırdı Dövlət qarşısında görkəmli xidmətlərinə görə.
Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri Dmitri Medvedevi I dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edib.
Müvafiq fərman hüquq informasiya portalında yerləşdirilib.
Qeyd edilir ki, baş nazir Rusiya Federasiyasının sosial-iqtisadi inkişafına verdiyi töhfələrə görə mükafatlandırılıb.
“Dövlət qarşısında görkəmli xidmətlərinə görə, Rusiya Federasiyasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə Medvedev Dmitri Anatoleviç I dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edilsin”, - fərmanda deyilir.