Azərbaycanlının erməni qızını öldürməsi kameralara düşdü

hadise
15-10-2015, 10:20 1856
Azərbaycanlının erməni qızını öldürməsi kameralara düşdü Rusiyanın paytaxtı Moskvada azərbaycanlı gəncin erməni tələbə qızı bıçaqlayaraq öldürdüyü vurğulanır.
Hadisə Moskva metrostansiyasının "Otradnoe" stansiyasının yaxınlığında baş verib.
Erməni Anna Sarkisyan Moskvadakı Piroqov adına Rusiya Tibb Universitetinin tələbəsi idi.
Rusiya Müdafiə Nazirliyinin Hərbi Universitetinin 3-cü kurs tələbəsi, 19 yaşlı azərbaycanlı EmilZülfüqarovun Annaya aşiq olduğu da vurğulanır.
Emillə Anna məktəbdə oxuduqları illərdə görüşsələr də, sonradan Anna münasibətləri kəsib.
Amma Emil qızdan əl çəkməyib, onunla sürəkli danışmağa çalışıb.
"Yox" cavabı alacağı təqdirdə Emilqızı öldürəcəyi ilə hədələyirdi.
Anna və onun valideynləri polisə şikayətlənsələr də, Edikin (EmilZülfüqarov)əməllərində cinayət tərkibi olmadığından o, məsuliyyətə cəlb olunmayıb.
"Anna oktyabrın 12-də "Frunzenskaya" metro stansiyasında olanda atasına SMS yollayıb, "Az sonra çatıram" yazıb. Amma saatlar keçdi, qızımız gəlmədi. Zənglərə də cavab vermirdi. Atası metroya gedib onu qarşılamaq istəyəndə Annanın cəsədini Xaçaturyan küçəsində, 16 saylı evin qarşısında gördü", - Annanın anası deyib.
Polisdən verilən məlumata görə, Edik Annanı metronun yaxınlığındakı evin yanına çəkib, qısa çəkən söhbətdən sonra əlindəki mətbəx bıçağı ilə Annanın qarnına zərbə endirib.
Emil Zülfüqarov tutulub.