Məktəblərdə müəllimlərin geyim problemi

tehsil
15-10-2015, 10:12 1164
Məktəblərdə müəllimlərin geyim problemi Valideynlər müəllimlərin geyimlərindən narazıdır.
Məktəbdə müəllimin savadı, bacarığı qədər onun xarici görünüşü də şagirdə təsir edir, onun dünyagörünüşünü, zövqünü formalaşdırır. Bəzi məktəblərdə valideynlər müəllimlərin geyimlərindən narazıdır. Bəs görəsən bu məsələyə kim nəzarət etməlidir?
Valideynlərin bu iradlarını Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva da təsdiqləyir.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi müəllimlərin gündəlik geyimlərində özlərinə çərçivə qoymalarını vacib hesab edir. Bu barədə təhsil nazirinin 600 nömrəli əmri ilə
“Müəllimlərin etik davranış qaydaları” təsdiq olunsa da indiyəək kiməsə xəbərdarlıq və ya cəzalandırılma tədbiri görülməyib. Bu məsələyə əsas nəzarət məktəb direktorlarının üzərinə düşür.
Bakıda bir neçə məktəbdə isə qadın müəllimlər eyni geyinir. Baxmayaraq ki, müəllimlərin vahid geyimdə olması ilə bağlı ümumi tələb yoxdur.