Bundestaqda Merkeli tənqid etdilər

dunya
15-10-2015, 10:04 950
Bundestaqda Merkeli tənqid etdilər Sol görüşlü millət vəkilləri bu səfərin Ərdoğana divident qazandıracağını deyiblər.
Almaniyanın kansleri Anqela Merkel bu həftə sonu Türkiyəyə səfər edəcək. Merkelin bu səfəri ötən gün Almaniyanın Bundestaqında geniş müzakirə olunub. Bəzi millət vəkilləri Türkiyənin vacib tərəfdaş olduğunu deyərək bu səfəri müsbət qarşılayıb. Başda Yaşıllar partiyasının üzvləri də olmaqla əsasən sol görüşlü millət vəkilləri isə bu qərara etiraz edərək səfərin Ərdoğana divident qazandıracağını deyiblər.
Ötən gün Bundestaqın plenar iclasında Yaşıllar partiyasının tələbi ilə Ankarada törədilən terror və hadisə sonrası Türkiyədəki vəziyyət müzakirə olunub.
Xristian Sosial Birlik Partiyasının (CSU) millət vəkili Andreas Nik bütün tənqidlərə baxmayaraq Türkiyənin Almaniya üçün əhəmiyyətli strateji tərəfdaş olduğunu və bunun belə qalacağını deyib. Yaxın Şərq və Şimali Afrikada olan münaqişələrə nəzər saldıqda strateji bölgədə olan Türkiyənin önəmli rol oynadığını deyən Nik bildirib ki, Türkiyə ilə dialoq şəraitində qalmaq Almaniyanın mənfəətinədir. Merkelin səfərinin doğru və əhəmiyyətli olduğunu deyən Nik uğurlu iqtisadiyyatı, istiqrarlı demokratiyası və fəal sivil ictimaiyyəti olan Türkiyənin İslam dünyasında model ölkə ola biləcəyini vurğulayıb.
Xristian Demokrat Birlik Partiyasının (CDU) millət vəkili Hans Peter Uhl de, xarici işlər naziri Frank-Valter Ştaynmayerin, miqrantlar məsələsində Türkiyənin açar ölkə olması fikirləri ilə razılaşdığını bildirib. Uhl, bildirib ki, bu sahədə təcili olaraq Türkiyə ilə danışıqlara başlanmalıdır.
Sosial Demokrat Partiyanın (SPD) millət vəkili Niels Annen de, müzakirəyə çıxarılan Türkiyənin adi bir partnyor olmadığını, Almaniyanın bu ölkə ilə geniş əlaqələri olduğunu deyib. Türkiyədə gərginlik olduğu zaman bunun Almaniyaya da təsir etdiyini deyən Annen de Merkelin Türkiyə səfərinin yerində olduğunu, amma obyektiv olduğunu göstərmək üçün kanslerin müxalifət partiyaları ilə də görüşməsini istəyib. Annen de prezident Ərdoğana müraciərt edərək separatçılarla “sülh prosesi”nin yenidən başladılması üçün çağırış etdi.
SPD millət vəkili Mişel Münteferinq Ankaradakı terror hadisəsinin Türkiyədəki sülhə və demokratiyaya yönəldiyini, bunu törədənlərin tapılaraq məhkəməyə çıxarılması və cəzalandırılmasının labüd olduğunu deyib. Baş verənlərin ailələrə kədər və izdırab verdiyini qeyd edən Münteferinq türk dilində, “Türkiyə başınız sağolsun” – deyib.
Müxalifətdə olan Sol Partiya və Yaşıllar Partiyası millət vəkilləri isə noyabrın 1-də keçiriləcək parlament seçkisi öncəsi prezident Ərdoğanla görüşün dəstək kimi qəbul edilə biləcəyini deyərək Merkelin səfərini tənqid ediblər.
Budestaqın kürsüsündə çıxış edən millət vəkilləri Ankaradakı terror hadisəsinə görə, təəssüfləndiklərini bildiriblər.
Bu bazar türkiyəyə səfər edəcək olan Almaniyanın kansleri Anqela Merkel bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb.