Kişi inək otararkən qayadan yıxıldı

hadise
14-10-2015, 10:37 1098
Kişi inək otararkən qayadan yıxıldı Hadisə Göygöldə baş verib.
Göygöl rayonunda bədbəxt hadisə baş verib. 57 yaşlı kişi inək otararkən qayadan yıxılıb.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə Göygölün Çaykənd kəndi ərazisində baş verib.
1958-ci il təvəllüdlü Çaykənd kənd sakini Elşad Nadir oğlu Hüseynov qapalı kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Onu reanimasiya şöbəsinə yerləşdiriblər. Hazırda vəziyyəti orta ağırdır.
Onun xəsarət almasına səbəb kimi ailə üzvləri inək otararkən qayadan yıxılıdığını bildiriblər.
Faktla bağlı Göygöl Rayon Polis İdarəsində araşdırma aparılır.