» » İntiqam andı içdilər: “Rusların əsgərləri də öləcək”


İntiqam andı içdilər: “Rusların əsgərləri də öləcək”

14-10-2015, 10:33
Oxunub: 406
Çap et
İntiqam andı içdilər: “Rusların əsgərləri də öləcək” Suriyada rejim qüvvələrinə qarşı vuruşan “Əl-Nüsra” Cəbhəsinin lideri Əbu Məhəmməd əl-Culani Rusiyanı intiqam hücumları ilə təhdid edib.
“Əl-Qaidə” terror təşkilatının Suriya qolu olan qruplaşmanın lideri intiqam alacağına and içib.
“Əgər Rusiya ordusu Suriyadakı xalqı öldürsə, o zaman öz xalqı da öləcək. Əgər onlar əsgərlərimizi öldürsələr, onların əsgərləri də öləcək. Gözə göz, dişə diş” - “Əl-Nüsra” Cəbhəsinin lideri bəyan edib.
Reytinq: