İran BMT-nin qətnamələrini pozub

dunya
14-10-2015, 10:32 888
İran BMT-nin qətnamələrini pozub İranla imzalanan nüvə müqaviləsi Tehrandan gələn regional təhdidlərə təsir etməyib.
Bunu jurnalistlərə açıqlamasında amerikalı senator Con Makkeyn söyləyib. Onun sözlərinə görə, son bir neçə həftə ərzində İran yüzlərlə əsgərini Əsəd rejiminin müdafiəsinə göndərib:
“Yaxın vaxtlarda İran Rusiyadan S-300 sistemlərini alacaq. Tehran uzaq məsafəli yeni ballistik raketinin sınağını keçirməklə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozub”.