Qarabağ müharibəsi Naxçıvandan başlaya bilər – ŞOK İDDİA

arasdirma
14-10-2015, 10:30 1012
Qarabağ müharibəsi Naxçıvandan başlaya bilər – ŞOK İDDİA Bu barədə rusiyalı tarixçi, politoloq Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, birinci istiqamət üzrə döyüş hərəkətləri lokal olacaq və hazırki cəbhə xətti ilə kifayətlənəcək: “Bu qeyri-müəyyən Ermənistan-Azərbaycan müharibəsi olacaq və gözlənilməz nəticələrə gətirib çıxara bilər”.
O. Kuznetsovə görə, ikinci istiqamət üzrə ermənilərin Naxçıvana hücumu ola bilər.
“Bu, müharibənin Cənubi Qafqaz sərhədlərini aşması, prosesə Türkiyə Rusiyanın da qarışması deməkdir. Bir tərəfdən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı müdafiə etməyə məcbur olacaq, digər tərəfdən, 1921-ci il Qars müqaviləsinə görə Rusiya Naxçıvana toxuna bilməz. Belə bir dilemma şəraitində Kremlin mövqeyini qabaqcadan proqnozlaşdırmaq çətindir”, - deyə rusiyalı politoloq diqqətə çatdırıb.