“AXA MBASK” “General-Auto-Company”ni məhkəməyə verib

hadise
14-10-2015, 10:22 1110
“AXA MBASK” “General-Auto-Company”ni məhkəməyə verib "AXA MBASK" sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti (ASC) "General-Auto-Company" firmasını məhkəməyə verib.
ASC subroqasiya qaydasında pulun ödənilməsi barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.
"General-Auto-Company" qərardan apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, "AXA MBASK" sığorta şirkəti 1992-ci ildən fəaliyyətə başlayıb və müstəqil Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biridir.
"General-Auto-Company" firması isə 1908-ci ildə ABŞ-da yaradılan "General Company" şirkətinin Azərbaycandakı distribütorudur.