Ziya Məmmədov Nazirlər Kabinetinin iclasına çağırılmadı

siyaset
13-10-2015, 10:11 1034
Ziya Məmmədov Nazirlər Kabinetinin iclasına çağırılmadı Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Bütün nazirlər və komitə sədrlərinin iştirak etdiyi iclasda diqqət çəkən məqam nəqliyyat naziri Ziya Məmmədovun gözə dəyməməsi olub.
Qeyri-rəsmi mənbələr bunu Ziya Məmmədovun son günlər “vurulması” ilə izah edirlər.
Nəqliyyat Nazirliyi isə bundan öncəki açıqlamasında Ziya Məmmədovun məzuniyyətə çıxdığını və ölkə xaricində olduğunu bildirmişdi.