“Xoşqədəmlə axtarıram səni” verilişi ilə bağlı ŞOK STATİSTİKA

sou
12-10-2015, 17:08 1060
“Xoşqədəmlə axtarıram səni” verilişi ilə bağlı ŞOK STATİSTİKA Milli Teleradio Şurasının (MTRŞ) qərarı ilə ANS TV-də yayımı dayandırılan “Xoşqədəmlə axtarıram səni” verilişinə indiyədək Azərbaycanın müxtəlif bölgələrindən yaxınlarını axtaran 30 min nəfər müraciət edib. Oktyabrın 5-dən bağlanan verilişin yaradıcı heyətindən məlumat verilib. Bildirlib ki, “Xoşqədəmlə axtarıram səni” verilişi 30 min itkin üçün dünyanın müxtəlif ölkələrindəki könüllülər, rəsmi qurumlar vastisəilə axtarışlar aparırmış. Axtarılanların çoxunun Rusiyada itkin düşən azərbaycanlılar olduğu qeyd edilir.
Yaradıcı heyətdən verilən məlumata görə, tanınmış jurnalist Xoşqədəm Hidayətqızının bu verilişi 5 ildə 100-dən çox itkinin tapılmasına nail olub.
Milli Teleradio Şurasının (MTRŞ) qərarı ilə ANS TV-də yayımlanan “Xoşqədəmlə axtarıram səni” proqramə oktyabrın 5-də qapadılıb. Qərarda bildirlib ki, bu verilişdə sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şoular təşkil olunub, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ hallar müzakirə mövzusuna çevrilib, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilib, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələbləri pozulub.