Lavrov Azərbaycanı müdafiə, ATƏT-i isə ittiham etdi

siyaset
12-10-2015, 16:43 885
Lavrov Azərbaycanı müdafiə, ATƏT-i isə ittiham etdi “Dövlətlər müşahidəçiləri çağırmağa məcburdurlar”.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu öz zəifliyi və “çürüklüyü” ucbatından Azərbaycana seçkilərə gəlməmək barədə qərar qəbul edib.
Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bazar ertəsi ATƏT-in baş katibi Lamberto Zanyer ilə müştərək mətbuat konfransında bildirib.
“Dövlətlər müşahidəçiləri çağırmağa məcburdurlar, o cümlədən ATƏT-dən, və ora neçə nəfər müşahidəçinin gələcəyi vacib deyil. Bu, katibliyin günahıdır, amma mövcud struktur öz “çürüklüyü” ucbatından mütəmadi olaraq sınaqlara məruz qalır, və onu tamhüquqlu təşkilat etməkdən imtina edənlər – onlar isə azlıq təşkil edir, bu təşkilatı olduğu kimi qorumağa üstünlük verirlər, çünki onu belə manipulyasiya etmək daha asandır”, - Lavrov bildirib.