Qənirə Paşayeva Ankara terrorunu lənətlədi

musahibe
12-10-2015, 12:36 1246
Qənirə Paşayeva Ankara terrorunu lənətlədi “Türkiyə vətənimiz qədər vətəndir”.
Azərbaycan terrorla mübarizədə həmişə Türkiyənin yanındadır, bunu milllət vəkili Qənirə Paşayeva Doğal xəbər agentliyinə müsahibəsində deyib.
Q.Paşayeva Ankarada baş verən terror aktını lənətləyərək, Azərbaycanın hər məsələdə Türkiyənin yanında olduğunu vurğuladı.
“Türkiyə vətənimiz qədər vətəndir. Yeri gəlsə, canımızı belə qurban verərik”, Q.Paşayeva dedi.
O həmçinin qeyd etdi ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev, bütün millət vəkilləri, eləcə də bütün sivil cəmiyyəti bu məsələdə qardaş Türkiyənin yanındadı.
Q.Paşayeva Türkiyəni zəiflətmək istəyən xarici qüvvələrin olduğunu vurğuladı.
“Türkiyəni bölmək istəyən xarici qüvvərin məqsədi Türkiyəni zəiflətməkdi. Türkiyəni istədikləri istiqamətə çevirmək istəyirlər. Bunun acısını isə insanlar çəkir. Zamanı gələndə bu terrora əl qoyanlar hesabını verəcəklər”, - deyə millət vəkili qeyd etdi.