» » Sabunçu, Səbail, Xətai rayonlarının polis rəisləri dəyişdirildi


Sabunçu, Səbail, Xətai rayonlarının polis rəisləri dəyişdirildi

12-10-2015, 12:34
Oxunub: 861
Çap et
Sabunçu, Səbail, Xətai rayonlarının polis rəisləri dəyişdirildi Nazir əmr imzalayıb.
Daxili işlər orqanlarında daha bir neçə təyinat olub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlov tutduğu vəzifədən azad edilərək Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov tutduğu vəzifədən azad edilərək 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin olub.
Reytinq: