Parlament sevdalıları

siyaset
12-10-2015, 10:21 817
Parlament sevdalıları Parlament seçkilərinə hazırlıgı, namizədlərin təbliğat-təşviqat görüşlərini izləyirəm. Kənardan baxanda elə görünür ki, millətə vəkillik etmək istəyənlərin sayı xeyli çoxalıb. Əndarabadi şeir yazanından tutmuş, seçicilərlə görüş çıxışını pulla yazdıranlara qədər... Cənablar və xanımlar parlament Mənzil İstismarı İdarəsi deyil. Sosial şəbəkələrdə iki status yazıb 10 "layk" yığmaqla parlamentdə millətin səsi olmaq eyni deyil.Təbii ki, bu namizədlərin içində çox başarılı və layiqli insanlar da var. Maləsəf onların parlamentdə təmsil olma şansları azdı. Yeni namizədlərin təcrübəsizliyini nəzərə alaraq, onların nə seçki şüarlarından yazacam, nə də sosial şəbəkələrdəki unversitet imtahanına hazırlaşan abuturiyent kimi həyəcanlı hallarından. Uğurlar! Seçilərlərsə, danışarıq.
Gələk , mandatlarını yeniləmək istəyən köhnə deputatlara. Onların çoxunun işi elə seçilənədəkdi. Seçki təşviqatı başlayan kimi seçicilər yada düşür. Öncəki seçkidə gördükləri insanların qarşısına neçə ildən sonra utanmadan çıxırlar. Üzləri qızarmadan başlayırlar vəd verməyə. Əslində, millət vəkilliyə namizədin “yol, qaz çəkdirəcəm” deməsi gülüncdür. Belə vədi verməklə nə demək istəyirsiniz? Sizin işiniz bu deyil axı. Siz seçicinizi narahat edən problemləri adiyyatı qurumlar qaşısında qaldıra bilərsiniz. Onların rifahı üçün faydalı qanunların qəbul edilməsinə çalışa bilərsiniz, hər hansı bir sosial problemlərinin həll edilməsində lazımi təşkilatlarla danışa bilərsiniz və s. Amma maraqsız və savadsız yazılmış seçki şüarlarınızla seçicilərin görüşünə getməniz çox səmimiyyətsiz gəlir. Mən uzun illər parlament müxbiri işləmiş biri olaraq sizin dərdini anlatmaq üçün saatlarla Milli Məclisin binasının qarşısında gözləyən seçicilərlə necə davrandığınızı görmüşəm. Səs-küy salıb sizi narahat etməmələri üçün ovuclarına pul sıxışdırma cəhdlərinizi görmüşəm. İndi seçki yaxınlaşır deyə, seçiciylə bu səmimiyyətsiz səmimiyyət nə?
Ətafınıza bir-iki söz oyunu bacaran insanı yıgıb, 5 maşını arxa-arxaya düzüb, sanki "bulunamaz hind qumaşı" kimi seçiciylə səmimiyyət pozları yaxalamağa çalışıb, sonra da bunu sosial şəbəkələrdə gözümüzə soxursunuz. Neçə deputat mütamadi olaraq seçicisi ilə görüşüb? Neçə millət vəkili parlamentdə söz alıb məhz seçicisinin dərdini danışıb?
Parlamentə maaşlı iş yeri kimi baxan, yalnız öz çıxarları üçün istifadə edən cənab deputatlar, orası millətin evi. Millət sizi seçmir ki, ətrafınızdakıların sizə deputat deməsi zövqündən genişlənəsiniz, dövlətin verdiyi maşınla, seçicinin yanından qaza basıb keçəsiniz. Sizə verilən şansı özünüz üçün dəyərləndirib, indi hansı üzlə seçici qapısına gedirsiniz? Heçmi üzünüz qızarmır? Nəymiş təbligatmış. Çox gülməli görsənir kənardan. Məsələn, mənə görə Mehriban Əliyevaya, Qənirə Paşayevaya, Azay Quliyevə təbliğat lazım deyil. Onların seçim dönəmindəki fəaliyyətlərinə baxmaq yetərlidir. Durmadan çalışan millət vəkilləri olaraq bu gün də onların seçiciylə görüşü, təbliğatı səmimidi. Onların adını çəkmək mənim üçün reklama belə, daxil deyil. Görünən köyə nə bələdçi?
İndi parlamentin iclaslarında ancaq qəzet oxuyan, oyun oynayan, söhbət edən, həmkarlarının yerinə səs verən, arada mürgüləyən, ancaq seçicinin dərdindən bixəbər deputatların yenidən namzəd olmaları və seçicidən səs ummaları yersizdir. Məncə parlamentdə çəkdiyiniz səfa yetərlidir.İndi siz gedin bir az da evdə dincəlin. Millət vəkili olanda etmədiyinizi edin, millətin arasında dolaşın. Əski günlərin xatirələrini yazın. Yenilər gəlsin, görək onların neçəsi danışacaq, neçəsi susacaq, neçəsi yatacaq.
Bu arada seçki şüarlarınız da tam bir faciə. Nə demək istədiyinizi öncə özünüz anlayın. Tərcümə edib, qolun-qanadın düzəltməklə şüar olmur. Səmimiyyəsizliyinizi şüarlara yansıtmayın. Parlament gözəl xanımlara eşq mesajı yazmaq üçün də deyil. Bunu da elə-belə yazmadım... Nəysə, seçkidən sonra danışarıq...