Mişel Obama USS Illinois-ə qarşı

dunya
12-10-2015, 10:19 880
Mişel Obama USS Illinois-ə qarşı Sualtı gəminin tikilməsinə 2011-ci ildə başlanılıb.
ABŞ-ın birinci xanımı Mişel Obama Hərbi dəniz qüvvələrinin yeni sualtı gəmisinin suya buraxılmasına həsr edilmiş təntənəli mərasimdə iştirak edib.
Şampan şüşəsini gəminin kənarına vuraraq sındırmağa prezidentin xanımı üçüncü cəhddən nail olub. Gəmiyə “İllinoys” (USS Illinois) adı verilib.
Obama dənizçilərə və gəmini inşa edənlərə təşəkkür edib. Onun sözlərinə görə, submarine “texnika möcüzəsidir”.
Gəmi Konnektikut ştatında General Dynamics korporasiyasının bölməsi “Electric Boat” şirkətinə məxsus Qrotonda hazırlanıb.
2,7 milyard dollar qiyməti olan gəmi Virginia sinfinə aid olan sayca 13-cü gəmidir. O, geniş tapşırıqlar spektri yerinə yetirməyə qadirdir, bura gəmiarası mübarizə, xüsusi təyinatlıların çatdırılması və kəşfiyyatın aparılması da daxildir. Onun uzunluğu 115 metr, heyəti 130 nəfərdən çoxdur, silahlanmasına torpedo və qanadlı “Tomaqavk” raketləri daxildir.
Sualtı gəminin tikilməsinə 2011-ci ildə başlanılıb. Onun 2016-cı ildə Hərbi dəniz qüvvələrinin silahlanmasına daxil edilməsi planlaşdırılır.