Aygün Kazımovanın konsertinə biletlər neçəyədir?

sou
14-08-2015, 16:30 1072
Aygün Kazımovanın konsertinə biletlər neçəyədir? Bu haqda ecənin təşkilatçısı Nahid Emiloğlu xəbər verib:
“Məkana giriş üçün biletlər 30 manatdır. VİP masalarımız var ki, bunların qiyməti 300 manatdır. Bu masalar 4 nəfərlikdir”.
“Mambo” istirahət mərkəzində baş tutacaq konsertdə A.Kazımova sevilən və yeni mahnılarını səsləndirəcək. Müğənni eyni zamanda sevənlərinə maraqlı şou vəd edib. Onu səhnədə əcnəbi və yerli rəqqaslar müşayiət edəcək. Konsert saat 21:00-da başlayacaq.
Qeyd edək ki, A.Kazımova konserti “Bakı 2015”in qaliblərinə dəstək məqsədiylə keçirdiyini bildirib.