Azərbaycan əsgərinin meyiti tapıldı

hadise
10-10-2015, 15:05 849
Azərbaycan əsgərinin meyiti tapıldı Oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əlizadənin meyiti aşkar edilib.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.