Ankarada güclü partlayış: Ən azı 20 nəfər ölüb

dunya
10-10-2015, 14:55 1070
Ankarada güclü partlayış: Ən azı 20 nəfər ölüb 100-dən çox adam yaralanıb.
Ankarada dəmiryol stansiyasında törədilən iki terror aktı nəticəsində azı 20 nəfər ölüb.
Partlayış zamanı 100-dən çox adam yaralanıb.
Türkiyə paytaxtı Ankarada dəmiryol stansiyasına gedən yolun üzərində yerləşən körpünün altında güclü partlayış baş verib.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb olunub.
Agentliyin məlumatına görə, çoxlu sayda ölən və yaralananlar var.
Doğan xəbər agentliyi isə hadisə nəticəsində 20 nəfərin həyatını itirdiyini yazır.
Qeyd edək ki, bu gün Ankaranın Səhiyyə meyadnında “Savaşın yerinə, Sülh, Əmək, Demokratiya” şüarı altında mitinq keçiriləcək. Mitinqə gələnlərin qatar stansiyasında toplaşması qərarlaşdırılıb. Məlumata əsasən, partlayış intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.
Partlayış nəticəsində ölənlərin olduğu bildirilir. Amma onların sayı göstərilməyib.