Universitetdə dava: tələbə bıçaqlanıb

hadise
9-10-2015, 13:36 966
Universitetdə dava: tələbə bıçaqlanıb Sumqayıt Dövlət Universitetində (SDU) tələbələr arasında kütləvi dava düşüb. Sumqayıt Şəhər Polis İdarəsindən (RPİ) məlumat verilib. Hadisə nəticəsində SDU-nun 20 yaşlı tələbəsi Emin Fətəliyev bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, bıçaqlanan E.Fətəliyev İqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi olub. Onu bıçaqlayan şəxs isə 3-cü kursda təhsil alır və artıq polis tərəfindən saxlanılıb.
Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.