Nadirdən Floraya barışıq jesti

sou
9-10-2015, 11:39 944
Nadirdən Floraya barışıq jesti Müğənni Nadir Qafarzadə bir müddətdir qalmaqal etdiyi xalq artisti Flora Kərimovaya barışıq əlini uzadıb.
Müğənni F.Kərimova ilə fotosunu paylaşaraq, onu çox sevdiyini bildirib:
Mən kinli adam deyiləm. Allah hamıya ürəyinə görə versin. Mən bu xanımı sevirəm. Bilirəm ki, o da məni çox istəyir”.
Qeyd edək ki, F.Kərimovanın “Sənə çörəyi mən vermişəm” sözləri sənətçini özündən çıxarmışdı. N.Qafarzadə qarşı tərəfin ünvanına tənqidi sözlər işlədib:
“Flora xanıma hər zaman hörmətlə yanaşmışam. Amma bu o demək deyil ki, mənlə duet oxuduğunu başıma vurmalıdır. Hər dəfə müsahibəsində “Sənə çörəyi mən vermişəm” deyərək, məni pərt etməməlidir. Yetər artıq. İnsana çörəyi Allah yetirir. Bizlər sadəcə vasitəçiyik. Mən də bu həyatda saysız-hesabsız xeyriyyə işləri görmüşəm. İndi durub hamısını bir-bir deməliyəm? Mənim 44 yaşım var. Səbr kasam dolub. Bundan sonra barəmdə danışan olsa, layiqli cavablarını alacaqlar. Hələlik isə bəzi yaşlı nəslin nümayəndələrindən xahiş edirəm ki, biz cavanları rahat buraxın. Elə edin ki, hər zaman hörmətli olasınız”.