Azərbaycanda deputatlığa namizədlər təşviqata başladı

siyaset
9-10-2015, 10:59 1131
Azərbaycanda deputatlığa namizədlər təşviqata başladı 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa qeydə alınan namizədlərin seçkiqabağı təşviqat kampaniyasının aparılmasına start verilib.
Bu gündən parlament seçkilərində namizədliyi qeydə alınmış namizədlər, o cümlədən onların səlahiyyətli nümayəndələri, vəkil elan edilmiş şəxslər təbliğat apara bilərlər.
Təbliğat kampaniyası seçkilərə 23 saat qalmış - 31 oktyabr saat 08:00-a qədər davam edəcək.
Xatırladaq ki, indiyədək 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.