Azərbaycan nefti daha 1% bahalaşıb

iqtisadiyyat
9-10-2015, 10:11 1047
Azərbaycan nefti daha 1% bahalaşıb
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,58 dollar yaxud 1,07% bahalaşıb.
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,76 dollara bərabərdir.
Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.