Rusiya İranı raket atəşinə tutdu

dunya
9-10-2015, 10:01 1071
Rusiya İranı raket atəşinə tutdu
CNN telekanalı ən azı dörd raketin İslam Respublikasına düşməsinin görüntüsünü yayıb.
Xəzər dənizindən rusların Suriyaya atdığı raketlər İran ərazisinə düşüb.
Amerika kəşfiyyatının məlumatlarına əsasən, ən azı dörd raket İran ərazilərinə düşərək partlayıb. Bir mənbə bildirib ki, bu sadəcə texniki qəza ola bilirədi, ancaq telekanalın başqa həmsöhbəti bunu təsdiq edə bilməyib. Həmçinin məlum deyil ki, raketlər hara düşüb.
CNN xatırladır ki, Xəzər donanmasının gəmiləri Xəzər dənizində qərarlaşıb. Bildirilir ki, Suriyanı vurmaq üçün onlar İran və İraq ərazısindən uçmalıdır.
Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüş
Rusiya Suriya ərazisini Xəzər dənizindən bombaladığı barədə rəsmi açıqlama verib. Bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.
"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib. Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib", - deyə prezident bildirib.
Xəzərdən İŞİD-in vurulma marşrutu
Rusiya Müdafiə Nazirliyinin yaydığı videoyazıda raketlərin uçuş trayektoriyası göstərilib. Həqiqətən, onlar İran və İraq əraziləri vasitəsilə uçurdular. Hədəf isə Suriya idi. Raketlər "Qrad Sviyajsk", "Uqliç" və "Velikiy Ustyuq" raket gəmilərindən vurulub. Hədəflər qanadlı raketlərlə vurulub.