Putinin Xəzərdən raket hücumları ilə bağlı şok iddia

dunya
9-10-2015, 09:51 967
Putinin Xəzərdən raket hücumları ilə bağlı şok iddia Rusiyanın Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlarını məşhur iranlı general planlaşdırıb.
Rusiya hərbi gəmilərinin Xəzər dənizindən Suriyadakı İŞİD terrorçu qruplaşmasının mövqelərinə raket zərbələri endirməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Reuters agentliyi Suriyada Bəşər Əsəd rejimini xilas etmək üçün Rusiyanın başlatdığı əməliyyatların memarı iranlı general-mayor Qasım Süleymaninin olduğunu iddia edib.
İddiaya görə, Süleymani bu ilin iyun ayında Moskvaya səfəri zamanı Suriyada Bəşər Əsəd rejimini xilas etmək barədə planlarını Rusiya rəsmilərinə təqdim edib.
Agentlik bildirir ki, Əsədin təhlükəsizliyinə görə narahat olan Rusiya rəsmiləri ilə birgə plan hazırlayan Süleymani hazırda Suriyanın paytaxtı Dəməşq şəhərindədir və mütəmadi olaraq prezident Bəşər Əsədlə görüşlər keçirir.
İranlı general-mayor Qasım Süleymani
Son məlumatlara görə, Suriyanın ordu qüvvələri terrorçulara qarşı yerüstü əməliyyatlara start verib. Suriya hökuməti əməliyyatlara çoxlu sayda qoşunların cəlb olduğunu bildirib. Əsasən, İdlib və Həma vilayətlərində irimiqyaslı əməliyyatlar keçirilir. Suriyanın dövlət televiziyası əməliyyatların kadrlarını yayıb.
General Əli Əyyub ötən gün Rusiya dəniz donanmasının terrorçuların obyektlərinə endirdiyi raket zərbələrindən sonra əməliyyatların asanlaşdığını bildirib.
Rusiyanın hərbi gəmiləri İŞİD qruplaşmasının paytaxtı olan Raqqa şəhəri, həmçinin, Hələb vilayətində silahlılarının mövqelərini məhv etmişdi. Hər iki bölgə İŞİD qruplaşmasının nəzarəti altında hesab olunur. Əl-Qaidənin bir qolu olan Nüsra Cəbhəsi isə, əsasən, İdlibdə fəaliyyət göstərir.
Suriya ordusu İŞİD-ə qarşı irimiqyaslı əməliyyatlara başlayıb
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya qırıclarının Türkiyəyə məxsus hava sərhədinə müdaxiləsini təndiq edib. Stoltenberq NATO ölkələrinə qarşı belə bir addımın qəbuledilməz olduğunu deyib: “NATO hadisələrin inkişafını izləməkdə davam edəcək. Türkiyə ilə həmrəy olaraq qalırıq. Suriyada münaqişəsinin siyasi həllinə indi daha çox ehtiyac var”.
Stoltenberq NATO-nun kollektiv müdafiə gücünü artırmaq məqsədilə Macarıstan və Slovakiyaya 40 minlik qoşun cəlb olunacağını deyib.
Qoşunlar 48 saat ərzində NATO bazalarına yerləşdiriləcək. Stoltenberqun sözlərinə görə, hərbi qüvvələr təhlükənin qarşısını almaq üçün istənilən yerə gedə bilərlər: “Bu NATO vətəndaşlarına bir ismarışdır. NATO sizi müdafiə edəcək. NATO hazırdır”.
NATO-nun baş katibi Yens Stoltenberq
Oktyabrın 7-də Rusiya Suriyadakı İŞİD mövqelərini Xəzər dənizindən uzaq mənzilli raketlərlə vurub. Bununla yanaşı Suriya ordusu qurudan hərəkətə keçərək İdlib və Hama şəhərlərində terrorçulara qarşı hücuma keçib.
Həmçinin oxuyun: Əliyev və Putinlə görüşən azərbaycanlı İŞİD-i bombaladı (VİDEO, FOTO)
Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşdə bildirib ki, Xəzər dənizində olan 4 hərbi gəmidən terrorçulara 26 raket zərbəsi endirilib. 11 hədəfin vurulduğunu deyən Şoyqu hədəflərin hamısının məhv edildiyini bildirib.
Onun sözlərinə görə, sentyabrın 30-dan başladılan hərbi əməliyyatlarda İŞİD-in 112 mövqesi vurulub. Şoyqu hücumların bundan ağır olacağını bəyan edib.