Merkel Türkiyə ilə bağlı fikrini dəyişməyib: "Ərdoğan da bilir"

dunya
8-10-2015, 15:34 1076
Merkel Türkiyə ilə bağlı fikrini dəyişməyib: "Ərdoğan da bilir" Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa Birliyinə üzv qəbul olunmasına qarşı olduğunu növbəti dəfə ifadə edib. Almaniyanın dövlət başçısı deyib ki, mühacir axınının durdurulması üçün Türkiyənin yardımına ehtiyac duymalarına baxmayaraq, bu ölkənin birliyə üzvlüyü hələ ki, mümkün deyil. Almaniyanın dövlət kanalı olan ARD-yə müsahibəsində Merkel deyib: “’Həmişə Türkiyənin Avropa Birliyinə üzv olmasına qarşı olmuşam. Fikirlərimi Ərdoğan da bilir və bu fikirlərimdə hələ də qalıram”.
Merkel qeyd edib ki, mühacir axınının qarşısının alınmasında Türkiyənin müstəsna rolu ola bilər: “Bu məsələlər müzakirə edilməlidir. Düşünürəm ki, əsas məqamlar Türkiyəyə yardımların edilməsi və viza rejiminin sadələşdirilməsi ilə bağlı Türkiyənin tələbləri ola bilər”.