Rusiya böyük səhv etdi` - Davudoğlu

dunya
8-10-2015, 10:33 979
Rusiya böyük səhv etdi` - Davudoğlu Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
“Rusiyanın verdiyi qərar münaqişəni fərqli mərhələyə keçirib. Rusiya bölgəyə müdaxilə edərək, o cümlədən sərhədlərimizi pozaraq böyük səhv edib. Bunu qəbul etməyimiz, dözüm göstərməyimiz mümkün deyil",-deyə Davudoğlu bildirib.
Baş nazir əlavə edib ki, Suriya münaqişəsi regional və qlobal bir problemə çevrilib: “Hüquq pozuntuları davam edərsə, nə olacağını demək çox çətindir. Hər halda diplomatik təmaslarımız davam edir, biz müharibənin bir hissəsi olmaq istəmirik”.