Azərbaycanda soyadı olmayan şəxs deputatlığa namizəd oldu

siyaset
6-10-2015, 17:17 1090
Azərbaycanda soyadı olmayan şəxs deputatlığa namizəd oldu 121 saylı Laçın Seçki Dairəsindən Natəvan Zahir qızı deputatlığa namizədliyini irəli sürüb. Dairə Seçki Komissiyası onun namizədliyini qeydə alıb.
Bitərəf namizəd olan Natəvan Laçın rayon 37 saylı tam orta məktəbdə müəllim işləyir.
121 saylı Laçın Dairə Seçki Komissiyasının sədri Hüseyn Səfərov "Report"a açıqlamasında deyib ki, namizədin komissiyaya təqdim etdiyi şəxsiyyəti təsdiq edən sənəddə soyadı yazılıb: "Natəvan xanımın bizə təqdim olunan sənəddə soyadı göstərilib. Biz də soyadı olduğu kimi qeydə alınan namizədlərin siyahısına daxil etmişik".
121 saylı dairədə 10 nəfərin namizədliyi qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrın 1-də keçiriləcək.