American Airlines-ın pilotu uçuş zamanı öldü

dunya
6-10-2015, 16:00 989
American Airlines-ın pilotu uçuş zamanı öldü Pilot uçuşdan öncə soyuqladığını bildirmişdi.
American Airlines aviaşirkətinə məxsus təyyarələrdən birinin pilotu uçuş zamanı ölüb, bu barədə The Daily Mail-ə istinadən Gazeta.ru bildirib.
Sükan arxasında ölüb, stüardessa ona yardım göstərməyə cəhd etsə də onu xilas etmək mümkün olmayıb.
Təyyarə Bostondan Feniksə uçurdu, pilot uçuşdan öncə soyuqladığını bildirmişdi.
İkinci pilot uçuşun ortasında dispetçer xidmətini “birinci pilotun vəziyyəti barədə” xəbərdar edib və təyyarəni uğurla endirib.