İlhamə Quliyeva köməkçisini işdən qovdu

sou
5-10-2015, 16:21 1257
İlhamə Quliyeva köməkçisini işdən qovdu “Bir il iki aydır ki, Azərbaycanın və Dağıstanın xalq artisti, “Şöhrət“ və “Şərəf” ordenli İlhamə Quliyevanın köməkçisi işləyən Hüseynova Mehriban Bəylər qızı 2015-ci il oktyabrın 9-da işindən azad edilir”.
Bu barədə İ.Quliyevanın mətbuat katibi Faiq Ələkbərov məlumat verib. O, bildirib ki, buna səbəb Hüseynova Mehribanın sənətkarın etibarından sui-istifadə etməsi, səlahiyyətlərini aşan hərəkətlərə yol verməsi və qeyri-səmimiliyi olub.
“İlhamə Quliyevaya sözü, müraciəti olan yaxınları, sənət adamları, KİV nümayəndələrinin nəzərinə çatdırırıq ki, Hüseynova Mehriban Bəylər qızının sənətkar İlhamə Quliyevaya heç bir aidiyyatı yoxdur və onun köməkçi kimi bütün səlahiyyətləri əlindən alınıb. Qeyd edək ki, Hüseynova Mehribanın işindən uzaqlaşdırılmasının səbəbləri ətraflı şəkildə yaxın günlərdə açıqlanacaq”-deyə mətbuat katibi bəyan edib.