8-ci mərtəbədən düşən qızın bir gün sonra toyu olasıymış

hadise
5-10-2015, 16:12 886
8-ci mərtəbədən düşən qızın bir gün sonra toyu olasıymış Atası: “Qızım intihar etmək istəməyib"
Bakıda 8-ci mərtəbədən düşən qızın vəziyyəti yaxşılaşıb.
Bu barədə APA-ya qızın atası Azər Qasımov məlumat verib.
Onun sözlərinə görə, qızı Şərqiyyə Qasımovanın intihar məqsədi ilə özünü 8-ci mərtəbədən atması barədə yayılan məlumatlar doğru deyil: “Qızım intihar etmək istəməyib. O, toyuna hazırlaşırdı. Qızım nişanlı idi və hadisədən bir gün sonra toyu olacaqdı. Evdə də toya hazırlıq gedirdi və qızım pəncərəni siləndə ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılıb. Xoşbəxtlikdən sağ qalıb. Bu, möcüzə idi. Şükürlər olsun ki, vəziyyəti artıq yaxşılaşıb və həyatı üçün təhlükə yoxdur”.
Qeyd edək ki, hadisə oktyabrın 2-də Xətai rayonu, Qaçaq Nəbi küçəsi 2A, mənzil 34 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Şərqiyyə Azər qızı Qasımova yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib.
İlkin olaraq polisdən onun intihar məqsədi ilə özünü 8-ci mərtəbədən atdığı bildirilsə də, fakt təsdiqini tapmayıb və qızın ehtiyatsızlıqdan yıxıldığı məlum olub.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.