XİN: Rusiya hərbi təyyarələri Türkiyənin hava məkanını pozub

dunya
5-10-2015, 16:07 1093
XİN: Rusiya hərbi təyyarələri Türkiyənin hava məkanını pozub Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri Türkiyənin hava məkanını pozub. Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını oktyabrın 3-də pozduğu bildirilir.
Hava məkanı pozulduqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri xəbərdarlıq etmək məqsədilə havaya qaldırılıb.
Bundan sonra Rusiya təyyarələri Türkiyənin hava məkanını tərk edib.