Azərbaycanlı milyarder icra hakimiyyətini məhkəməyə verdi

sosial
5-10-2015, 14:54 911
Azərbaycanlı milyarder icra hakimiyyətini məhkəməyə verdi İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.
“Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini məhkəməyə verib.
QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir.
İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib.
Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib.
İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.
Qeyd edək ki, “Aznar” QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur. F.Əhmədov hazırda Rusiya Federasiyasında yaşayır.