Bu şəhər Yer üzündən silinəcək

arasdirma
5-10-2015, 13:37 941
Bu şəhər Yer üzündən silinəcək Palmira şəhəri məhv ediləcək.
YUNESKO-un Ümumdünya mirasının siyahısına daxil olan qədim Palmira şəhəri məhv ediləcək.
Bunu Suriya muzeyi və qədim abidələr departamentinin direktoru Abdel-Qonur Maamun deyib. Onun sözlərinə əsasən, İŞİD Palmira şəhərində Roma dövrünə aid antik Zəfər qövsünü partladıb. Bundan başqa, onlar daha iki məbədi də Bela və Baal-Şaminanı yerlə-yeksan ediblər.
Direktor Zəfər qövsünün tarix üçün çox əhəmiyyətli bir abidə olduğunu söylədi.
"Bu sanki qabaqcadan düşünülmüş bir ssenaridir. Palmirada qədim məbədləri məhv etmək, onu bir şəhər kimi Yer kürəsindən silmək deməkdir."
Zəfər tağı
Amma Suriya tarixçisi bildirib ki, Palmiranın qurtuluşuna ümid var. Əgər Suriya ordusu Rusiya təyyarələrinin dəstəyi ilə hücuma keçərsə və şəhəri İŞİD-dən azad edərsə, o zaman tariximizi bərpa edə bilərik.
"Biz vətənimiz və onun tarixinin müdafiəsi üçün məsuliyyət daşıyırıq. Amma bu faciə ilə mübarizəyə bizə kömək lazımdır. İŞİD ilə mübarizə üçün Rusiya ilə indiki ittifaq tarixə qızıl hərflərlə yazılacaq", - deyə Abdel-Qonur qeyd edib.
İyirmi metrlik Zəfər qövsü bizim eranın II əsrinin sonu, imperator Septimiya Severin hakimiyyəti dövründə inşa edilib. Həmin abidə Palmira şəhəri kimi Roma stilində tikilib. Qövsün zirvəsində imperatorun adı yazılıb, lakin, onu partladarkən, həmin hissə sınıb.
İŞİD terroristləri cari ilin avqustunda Palmirada Baal-Şamin antik məbədini partladıblar. Həmin məbəd eramızın I əsrində tikilib. Ona Baalun Allahının adı verilib. Məbəd qismən bərpa edilib.
Baal-Şamin məbədi
Sentyabrda isə terrorçular daha 3 qalanı da partladıblar. Dağıntıya məruz qalan qalalardan ən məşhuru isə Elaxbelanın dəfn qalasıdır (bizim eranın 103-cü ili). Qala məhv olunduqdan sonra onun yerinə yalnız yeraltı sərdabə qalıb.
Elaxbela dəfn qalası
Abdel-Qonur həmin məbədlərin bərpası üçün milyardlarla məbləğin lazım olacağını söyləyib.
Palmira - Suriyada YUNESKO-un Ümumdünya mirasına daxil olan altı obyektindən biridir. Cari ilin may ayından şəhər İŞİD silahlılarının nəzarəti altındadır. Suriya ordusu Palmiradakı sakinləri və mərkəzi muzeyin ən qiymətli tarixi qalıqlarını təxliyə edib. Şəhər tutulduqdan sonra orada yerləşən antik məbədlər, qövslər məhv edilib.