Leyla Əliyevanın əl işi xeyriyyə hərracına çıxarılıb

gundem
3-10-2015, 15:37 1141
Leyla Əliyevanın əl işi xeyriyyə hərracına çıxarılıb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Britaniyada keçirilən xeyriyyə tədbirində iştirak edib.
Böyük Britaniyanın "Christie’s" hərrac evində xeyriyyə aksiyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əl işi sərgilənir.
Xeyriyyə aksiyası onkoloji xəstəliklərlə mübarizə aksiyalarını dəstəkləyən "Cancer Research UK" xeyriyyə təşkilatı tərəfindən həyata keçirilir.
Leyla Əliyeva özü düzəltdiyi əl işini xeyriyyəçilik hərracına çıxarıb. Xeyriyyə hərracında satışa məşhur rəssam və dizaynerlər tərəfindən göy qurşağının bütün rəngləri ilə çəkilmiş ikimetrlik DNT spiralları şəklində 21 heykəl çıxarılıb. Leyla Əliyeva "Portağal ağacı" adlı əsərini yaradarkən ispan portağal ağaclarının rəng qammasından ilham alıb.