Məcburi köçkünlər üçün dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi artırılıb

sosial
2-10-2015, 10:09 1037
Məcburi köçkünlər üçün dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi artırılıb Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” qərara dəyişiklik edib. Dəyişiklikə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlər dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatana qədər deyil, pensiya yaşına çatanadək işləyib əməkhaqqı almaq hüququna malik olacaq.