İlhamədən ULTİMATUM: "Gəlib səni Rusiyada məhv edərəm" - QALMAQAL

sou
1-10-2015, 20:01 978
İlhamədən ULTİMATUM: "Gəlib səni Rusiyada məhv edərəm" - QALMAQAL Moskva Dövlət Universiteti ali Hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukova açıqlama verərək təhsil ocağında İlhamə Quliyeva adlı tələbənin oxumadığını bildirib.
Onun “Bizim fakültənin nə əyani, nə də qiyabi şöbəsində bu adda tələbə yoxdur”- sözlərindən hiddətlənən İ.Quliyevanın cavabı gecikməyib. O, Publika.az-a açıqlamasında düşmənini tanıdığını vurğulayıb: “Mən qəsdən demişəm ki, MDU-da tələbəyəm. Qoy bəzi adamların kürkünə birə düşsün. Əslində, Rusiyanın şəhərlərindən birində fəaliyyət göstərən universitetdə təhsil alıram. Artıq 3-cü kurs tələbəsiyəm. Özüm o şəhərin adını yazmıram, qoy hamı nigaranlıq keçirsin. İki ildən sonra diplomumun təqdimatını keçirəcəyəm. Bu xəbəri Rusiyada kimin qaynatdığını da, Azərbaycandakı sifarişçini də bilirəm. Rusiyadakı adama səslənirəm ki, özünü yığışdır, gəlib Rusiyada dövlət başçısı ilə əlaqə yaradıb səni elə orada məhv edərəm. Mən düşmənimi tanıdım”.
Xatırladaq ki, xalq artisti belə bir açıqlama ilə çıxış etmişdi: “Mən hazırda təhsil alıram, hüquqşünasam. Rusiyanın paytaxtında təhsilimi davam etdirirəm. Atam da zamanında prokuror olub. Mənim genimdə var. Nə istəyirəmsə, o işləri görürəm”.