» » Baş Prokuror: "Jurnalist Rasim Əliyevin qətli ilə bağlı cinayət işi yaxın zamanlarda məhkəməyə göndəriləcək"


Baş Prokuror: "Jurnalist Rasim Əliyevin qətli ilə bağlı cinayət işi yaxın zamanlarda məhkəməyə göndəriləcək"

1-10-2015, 11:01
Oxunub: 480
Çap et
Baş Prokuror: "Jurnalist Rasim Əliyevin qətli ilə bağlı cinayət işi yaxın zamanlarda məhkəməyə göndəriləcək" "Hüquqi müstəvidə araşdırılan cinayət işlərinin siyasiləşdirilməsi yolverilməzdir".
Bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib.
Z.Qaralov deyib ki, jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı açılan cinayət işi üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq əməliyyat qrupu yaradılıb və cinayət işi hərtərəfli araşdırılıb: "Bu cinayətdə iştirak edən şəxslər müəyyən edilərək onların barəsində tədbir görülüb. Yaxın zamanlarda iş məhkəməyə göndəriləcək. Bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Dünyanın hər bir ölkəsində jurnalist qətlləri baş verir. Biz bundan təəssüf hissi keçiririk. Bu, bizim cəmiyyətə xas olan hal deyil"
Reytinq: