Sumqayıtda etiraz aksiyası

sosial
30-09-2015, 14:42 953
Sumqayıtda etiraz aksiyası Şəhər polisi əraziyə cəlb olunub.
Sumqayıtda narazılıq yaranıb.
Kənd təsərrüfatı məhsulları yarmarkasında çalışanlar icra hakimiyyətinə yürüş ediblər.
Şəhərin Heydər Əliyev prospektində toplanıb İcra hakimiyyətinin binasına doğru irəliləmək istəyənlərin qarşısını polis kəsib. Şəhər polisi əraziyə cəlb olunub.
Narazılarar yarmarkanın bağlanmasına və münasib yer ayrılmamasına etiraz edirlər.
Qeyd edək ki, sentyabrın əvvəlində Sumqayıtın icra başçısı dəyişib. Prezidentin sərəncamı ilə Abşeron rayonunun icra başçısı Zakir Fərəcov Sumqayıt şəhərinə başçı təyin edilib.