Pan Gi Mun Qarabağda gərginliyin artmasından narahatdır

dunya
30-09-2015, 13:50 867
Pan Gi Mun Qarabağda gərginliyin artmasından narahatdır BMT-nin baş katibi Sarkisyan ilə görüşüb.
BMT-nin baş katibi Pan Gi Mun Ermənistan prezidenti Serj Sarkisyan ilə Nyu-Yorkda baş tutan görüş zamanı Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə bağlı narahatçılığını bildirib.
Bu barədə Ermənistan dövlət başçısının mətbuat xidmətindən bildirilib.
“Pan Gi Mun ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə problemin həllinə əhəmiyyət verir”, - məlumatda deyilir.
Ermənistan prezidenti öz növbəsində BMT-nin baş katibini Qarabağ ətrafında baş verən danışıqlar prosesinin cari mərhələsinə dair məlumatlandırıb.