Azərbaycan nefti bahalaşır

iqtisadiyyat
30-09-2015, 13:38 1026
Azərbaycan nefti bahalaşır Sentyabrın son günündə dünya birjasında neftin qiyməti bahalaşıb.
Sentyabrın 30-na olan məlumata əsasən, bu gün neftin qiymətində bahalaşma müşahidə edilib.
Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,57 dollar artaraq 47,92 dollar olub.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə ötən günlə müqayisədə təxminən 1 faiz bahalaşaraq 44,84 dollara çatıb.
Azərbaycan nefti bahalaşır
Dünya bazarında Azərbaycan neftinin qiymətində də bahalaşma müşahidə edilib. Belə ki, London birjasında "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 1,12 dollar bahalaşaraq 50,06 dollar təşkil edib.
Neftin sentyabrın 30-na olan qiyməti
Enerji məsələləri üzrə ekspertlər neftin qiymətinin hasilata təsir edəcəyini bildiriblər. Onların fikrincə, gələn il neft hasilatında artımı xüsusilə İran, İraq və Səudiyyə Ərəbistanı təmin edəcək.
Amerikanın "Morgan Stanley" bankının mütəxəssisləri bu il OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) ölkələrində neft hasilatının sutkada 1 milyon barrelə (b/s), bu quruma daxil olmayan ölkələrdə isə sutkada 1,1 barrelə (b/s) çatacağını ehtimal edirlər.
Lakin 2016-cı ildə neft ixrac edən ölkələrdə hasilat 1,1 milyon b/s-ə qədər artacaq. OPEC-ə daxil olmayan ölkələrdə isə, əksinə, hasilat 0,4 milyon b/s azalacaq. Mütəxəssislərin fikrincə, ən böyük azalma ABŞ-ın payına düşəcək.